BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin Beşiktaş klubu təcrübəli qapıçı Mert Günokla yollarını ayırdığını rəsmən elan edib.
AzerVoice xəbər verir ki, klubun yaydığı məlumatda futbolçunun 2021/22 mövsümündən etibarən komandanın heyətində yer aldığı qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Mert Günok Beşiktaş forması ilə əldə olunan Türkiyə Kuboku və Superkubok qələbələrində pay sahibi olub.
Klub qapıçıya xidmətlərinə görə təşəkkür edərək qərarın ictimaiyyətin diqqətinə çatdırıldığını bildirib.
Türkiyə mediasında yer alan iddialara görə, 36 yaşlı qapıçının karyerasına başladığı Fənərbağça ilə razılıq əldə etməsi gözlənilir. Lakin hazırda bu keçidlə bağlı klub tərəfindən rəsmi açıqlama verilməyib.
