14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Ançelotti Mançester Yunayted üçün əsas namizəd kimi göstərilir

Mançester Yunayteddə Ruben Amorimin istefasından sonra yeni baş məşqçi axtarışları davam edərkən, klubun sabiq məşqçi heyətinin üzvü Rene Meulenstin rəhbərliyə Karlo Ançelottinin namizədliyini ciddi şəkildə nəzərdən keçirməyi tövsiyə edib.

15 Yanvar 2026 16:43
Ançelotti Mançester Yunayted üçün əsas namizəd kimi göstərilir

BAKI, AzerVoice, Fərid Mikayılov

Mançester Yunayteddə Ruben Amorimin istefasından sonra yeni baş məşqçi axtarışları davam edərkən, klubun sabiq məşqçi heyətinin üzvü Rene Meulenstin rəhbərliyə Karlo Ançelottinin namizədliyini ciddi şəkildə nəzərdən keçirməyi tövsiyə edib.

AzerVoice xəbər verir ki, Meulenstin hazırda Braziliya millisinin baş məşqçisi olan, daha əvvəl “Çelsi”, “Bavariya”, “Real Madrid”, PSJ və “Milan” kimi klublarda çalışan Ançelottinin Yunaytedə itirilmiş qalibiyyət ruhunu qaytara biləcəyini bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə Ser Aleks Ferqyusonun gedişindən sonra Mançester Yunayteddə davamlı qalibiyyət sistemi formalaşmayıb. Baxmayaraq ki, Lui van Qal, Joze Mourinyo və Erik ten Haq dövründə müəyyən titullar qazanılıb, Premyer Liqa çempionluğu hələ də əlçatmaz olaraq qalır.

Meulenstin qeyd edib ki, Ançelotti böyük klublarda işləmək təcrübəsi, təzyiq altında qərar vermək bacarığı və müstəqil idarəetmə üslubu ilə Yunayted üçün ideal seçimdir:

Hazırda komandanı müvəqqəti olaraq Maykl Kerrik çalışdırır və klubun yay aylarında daimi baş məşqçi təyin edəcəyi gözlənilir. Mançester Yunayted Ançelottidən başqa Oliver Qlasner, Tomas Tuxel, Qaret Sautqeyt və Luis Enrike kimi mütəxəssislərlə də əlaqələndirilir.

Meulenstin eyni zamanda Ruben Amorimin yaxın vaxtlarda yenidən Premyer Liqada işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Onun fikrincə, portuqaliyalı mütəxəssis üçün Portuqaliya çempionatı daha uyğun seçim ola bilər.

Qeyd edək ki, Mançester Yunayted bu mövsüm tarixinin ən zəif dövrlərindən birini yaşayır və Avropa kuboklarından kənarda qalıb. Komandanın qarşıdakı əsas sınağı isə Mançester Siti ilə derbi oyunu olacaq.

Məqalədə: #Braziliya #PSJ #Mançester Yunayted #Milan #Bavariya #Karlo Ançelotti #İngiltərə Premyer Liqası #Çelsi

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

13 Sentyabr 08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

13 Sentyabr 07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.