7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Nani karyerasını Qazaxıstanda davam etdirəcək

Portuqaliya millisinin heyətində futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olmuş tanınmış futbolçu Nani karyerasını Qazaxıstanda davam etdirəcək. Nani bildirib ki, “Aktobe”yə qoşulmaqdan məmnundur və həm klubun, həm də Qazaxıstan futbolunun inkişafına töhfə vermək niyyətindədir. Onun sözlərinə görə, klubun gələcəyə dair baxışı onda müsbət təəssürat yaradıb və həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni uğurlar qazanmaq üçün əzmlə çalışacaq.

26 Yanvar 2026 11:07
Nani karyerasını Qazaxıstanda davam etdirəcək
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Portuqaliya millisinin heyətində futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olmuş tanınmış futbolçu Nani karyerasını Qazaxıstanda davam etdirəcək.

AzerVoice xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Qazaxıstanın “Aktobe” futbol klubu ilə müqavilə imzaladığını “X” sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

Nani bildirib ki, “Aktobe”yə qoşulmaqdan məmnundur və həm klubun, həm də Qazaxıstan futbolunun inkişafına töhfə vermək niyyətindədir. Onun sözlərinə görə, klubun gələcəyə dair baxışı onda müsbət təəssürat yaradıb və həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni uğurlar qazanmaq üçün əzmlə çalışacaq.

Məlumata görə, futbolçu ilə imzalanan müqavilə 2026-cı ilin sonunadək qüvvədə olacaq.

Hazırda 39 yaşı olan Nani 2024-cü ilin dekabrında Portuqaliyanın “Eştrela Amadora” klubundan ayrıldıqdan sonra peşəkar futbol karyerasını başa vurduğunu açıqlamışdı. O, karyerası ərzində İngiltərənin dördqat çempionu olub, İngiltərə Superkubokunu və iki dəfə Liqa Kubokunu qazanıb.

Nani Mançester Yunaytedin heyətində UEFA Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub. Sportinq klubu ilə isə Portuqaliya Kubokunu üç dəfə, Liqa Kubokunu bir dəfə qazanıb.

Məqalədə: #Qazaxıstan #Mançester Yunayted #İngiltərə Premyer Liqası #Luis Nani #Aktobe #Qazaxıstan Premyer Liqası #Portuqaliya millisinin sabiq futbolçusu #Eştrela Amadora

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

13:52
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17

Son Xəbərlər

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.