8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

ABŞ İranın Dünya Çempionatı biletlərini əlindən aldı?

İran Futbol Federasiyası rəsmi bəyanat yayaraq, ABŞ-ı builki Dünya Çempionatında iranlı azarkeşlərin oyunlara gəlişini qəsdən əngəlləməkdə ittiham edib. Federasiyanın rəsmi açıqlamasına görə, rəsmi Vaşinqton milli komandanın texniki və dəstək heyətinin bir hissəsinə viza verməkdən imtina etməklə yanaşı, azarkeşlər üçün də bir sıra bürokratik maneələr yaradıb. Gərginlik səbəbindən İran millisi təlim-məşq bazasını ABŞ-ın Arizona ştatından Meksikanın Tixuana şəhərinə köçürməli olub.

9 İyun 2026 14:54
ABŞ İranın Dünya Çempionatı biletlərini əlindən aldı?

BAKI,VOA, Fərid Mikayılov

İran Futbol Federasiyası rəsmi bəyanat yayaraq, ABŞ-ı builki Dünya Çempionatında iranlı azarkeşlərin oyunlara gəlişini qəsdən əngəlləməkdə ittiham edib.

VOA xəbər verir ki, sənəddə qeyd olunur ki, turnirin ev sahiblərindən biri olan ABŞ, rəsmi Tehrana qrup mərhələsi üçün ayrılan rəsmi bilet kvotasını gözlənilmədən ləğv edib.

İki ölkə arasında cari ilin fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra yaranan müharibə və gərgin diplomatik böhran idman arenasına da sıçrayıb.

Federasiyanın rəsmi açıqlamasına görə, rəsmi Vaşinqton milli komandanın texniki və dəstək heyətinin bir hissəsinə viza verməkdən imtina etməklə yanaşı, azarkeşlər üçün də bir sıra bürokratik maneələr yaradıb. Gərginlik səbəbindən İran millisi təlim-məşq bazasını ABŞ-ın Arizona ştatından Meksikanın Tixuana şəhərinə köçürməli olub.

FİFA reqlamentinə əsasən, hər bir iştirakçı federasiyaya oyunların keçiriləcəyi stadionların ümumi tutumunun 8 faizi qədər bilet kvotası ayrılmalıdır. İran tərəfi turnirin başlanmasına 3 gündən az vaxt qalmış verilən bu qərardan əvvəl ABŞ-da baş tutacaq Yeni Zelandiya (15 iyun, Los-Anceles), Belçika (21 iyun, Los-Anceles) və Misir (26 iyun, Sietl) matçları üçün biletlərin rəsmi satışına artıq başladıqlarını və bir çox azarkeşin səyahət planlarını tamamladığını bildirib:

“Lakin gözlənilməz bir addımla İran Futbol Federasiyasına verilən kvota tamamilə geri çağırılıb. Mövcud şərait daxilində federasiyamız milli komandanın azarkeşlərinə tək bir bilet bəxş edə bilməyəcək vəziyyətdədir.”

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #dünya çempionatı #2026 dünya çempionatı

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.