9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat Biznes
Biznes

Özbəkistan nümayəndələri Azərbaycanın vergi sahəsində təcrübəsi ilə əyani tanış olublar

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin nümayəndələri Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş təcrübəsi ilə əyani tanış olublar.

17 Dekabr 2024 02:00
Özbəkistan nümayəndələri Azərbaycanın vergi sahəsində təcrübəsi ilə əyani tanış olublar

Bakı. AzerVoice

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin nümayəndələri Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş təcrübəsi ilə əyani tanış olublar.

Bu barədə AzerVoice Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Dövlət Vergi Komitəsinin idarə rəisi Firdavs Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Azərbaycan – Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə imzalanmış sənədlərin uğurlu icrası ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.

Görüş zamanı “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətləri, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri, vergi inzibatçılığının inkişaf prioritetləri müzakirə edilib. Özbəkistan nümayəndə heyətini maraqlandıran əsas məsələlərdən biri ölkəmizdə ƏDV inzibatçılığı sahəsində tətbiq olunan təcrübə olub. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələr nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 3 gün davam edəcək səfər zamanı qonaqlar ƏDV inzibatçılığı, ƏDV depozit hesabları, “ƏDV geri al” layihəsi, qanunvericilikdə bu məsələlərin tənzimlənməsi sahəsində atılan addımlarla bağlı ətraflı tanış olacaqlar.

Görüşdə işgüzar səfərlərin, aparılan müzakirələrin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında rolu xüsusi qeyd olunub və tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Məqalədə: #Azərbaycan #Özbəkistan

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.