7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat Biznes
Biznes

“VECON Consulting”dən bazarda ilk: 2 milyonluq sublimitsiz peşə riskləri sığortası tətbiq edilib

Azərbaycanda qiymətləndirmə sahəsində fəaliyyət göstərən “VECON Consulting” şirkəti peşə risklərinin sığortalanması istiqamətində mühüm yeniliyə imza atıb. Şirkətin direktor müavini Tural Bağırov bildirib ki, “VECON” hər il aldığı ənənəvi sığorta xidmətindən fərqli olaraq bu dəfə “Mega Sığorta” ilə əməkdaşlıq çərçivəsində sublimitsiz sığorta modelini seçib.

4 Fevral 2026 21:47
“VECON Consulting”dən bazarda ilk: 2 milyonluq sublimitsiz peşə riskləri sığortası tətbiq edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Azərbaycanda qiymətləndirmə sahəsində fəaliyyət göstərən “VECON Consulting” şirkəti peşə risklərinin sığortalanması istiqamətində mühüm yeniliyə imza atıb.

AzerVoice xəbər verir ki, şirkətin direktor müavini Tural Bağırov bildirib ki, “VECON” hər il aldığı ənənəvi sığorta xidmətindən fərqli olaraq bu dəfə “Mega Sığorta” ilə əməkdaşlıq çərçivəsində sublimitsiz sığorta modelini seçib.

“Bu modelə əsasən, sığorta hadisəsi baş verdiyi halda ödənişlər əvvəlcədən müəyyən edilmiş kiçik limitlərlə məhdudlaşdırılır. Belə ki, sığorta sahəsində “sublimit” anlayışı əsas sığorta məbləği daxilində ayrıca məhdudiyyət deməkdir və bir çox müqavilələrdə əsas məbləğ böyük göstərilsə də, real ödəniş imkanları daha aşağı olur. “VECON Consulting” isə yeni müqavilədə bu məhdudiyyəti aradan qaldıraraq 2 milyon manatadək təzminat xarakterli təminat əldə edib”.

Tural Bağırov bildirib ki, bu addım beynəlxalq standartların tələblərinə uyğun olaraq atılıb və formal sığorta yanaşmasından real sığorta mexanizminə keçidi ifadə edir.

“İndiyədək Azərbaycanda qiymətləndirmə sektorunda bağlanan oxşar müqavilələrdə sığorta məbləğləri əsasən 50 min, 100 min, ən yüksək halda isə 200 min manat civarında olub. Yeni model isə xidmət zamanı yarana biləcək risklərə qarşı daha geniş və ciddi maliyyə təminatı yaradır. Bu addım həm bazarda peşə məsuliyyətinin gücləndirilməsi, həm də müştəri etimadının artırılması baxımından əhəmiyyətlidir”.

Şirkət rəsmisinin sözlərinə görə, sublimitsiz sığorta yalnız formal sənəd deyil, real risklərin qarşılanmasına yönəlmiş mexanizmdir və bu yanaşma gələcəkdə digər şirkətlər üçün də nümunə ola bilər.

Məqalədə: #VECON Consultingdən bazarda ilk: 2 milyon manatlıq sublimitsiz sığorta #Qiymətləndirmə sektorunda yeni sığorta modeli tətbiq olundu #VECON Consulting peşə risklərini sublimitsiz sığortaladı #Azərbaycanda qiymətləndirmə sahəsində sığortada yeni mərhələ #2 milyon manatlıq peşə məsuliyyəti təminatı bazara çıxdı #VECON Consultingdən sığorta bazarında mühüm yenilik

Mövzu üzrə digər xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

07:20
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb

6 Sentyabr 17:00
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57
Qətərdə  ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi
Biznes

Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

1 Sentyabr 11:50

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.