10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalanıb

18 Yanvar 2024 13:49
Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, AzerVoice:

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türk Dil Qurumunun rəhbəri Osman Mert ilə görüşüb.
Görüşdə müştərək köklər və dəyərlər ətrafında birləşən Türk Dünyasında müasir dövrdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində Türk Dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb. Türk xalqlarının inteqrasiyasının prosesinin sürətləndirilməsində ortaq dil amilinin önəmli rolu vurğulanıb. Fondun və Türk Dil Qurumunun ümumtürk irsinin yaşadılması yönündə fəaliyyətlərindən bəhs olunub, birgə əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

AzerVoice xəbər verir ki, görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Fondun prezidenti Aktotı Raimkulova və Qurumun rəhbəri Osman Mert tərəfindən imzalanıb.

Qeyd olunmalıdır ki, Memorandum tarixi qardaşlıq bağlarına, ortaq soy-kök, dil və mədəniyyətə sahib Türk xalqlarının mədəni irsinin qorunması və inkişaf etdirilməsi məqsədini daşıyır.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbərləri Leyla Həsənova və Nuri Aksu, Türk Dil Qurumunun sədr müavini Ömer Gök, Elmi Araşdırmalar müdürü Emre Pekyürek iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31

Son Xəbərlər

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.