5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

11 Fevral 2025 13:54
Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

Bakı, AzerVoice

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən “Qış nağılı” festivalı yenə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Fevralın 7-də başlayan və dörd gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış ediblər.

AzerVoice xəbər verir ki, fevralın 10-da axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Festivalın yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim olunub. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Ansamblın təqdim etdiyi Azərbaycan kinofilmlərinin musiqiləri əsasında popurilər, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Yenilməz batalyon” kinofilmindən mahnı, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər mahnı və rəqslər, əsərlər tamaşaçıların ürəyincə olub.

Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın “Glassduo” ansambllarının, “Qaytağı” instrumental ansamblının konsertlərini, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə ediblər.

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub
Məqalədə: #Qəbələ

Mövzu üzrə digər xəbərlər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub
Cəmiyyət

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

29 İyul 21:51
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
İqtisadiyyat

Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

27 İyul 18:29
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
İqtisadiyyat

Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

27 İyul 18:11
Azərbaycan ukraynalı uşaqlara dəstəyini davam etdirir
Cəmiyyət

Azərbaycan ukraynalı uşaqlara dəstəyini davam etdirir

6 İyul 21:12

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.