5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə torpaqların konsolidasiyası və aqrar sahədə əməkdaşlıq əsas müzakirə mövzusu olub. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək pilot layihələr barədə fikir mübadiləsi aparılıb. Qəbələ və Salyan rayonlarında planlaşdırılan layihələrin gedişi və ilkin qiymətləndirmələrin nəticələri nəzərdən keçirilib. Tərəflər hüquqi, texniki və institusional məsələləri də müzakirə ediblər. Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin əhəmiyyəti vurğulanıb. Görüşdə gələcək əməkdaşlığın genişləndirilməsi barədə razılıq ifadə olunub.

27 İyul 2026 18:29
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

BAKI,VOA

Görüşdə torpaqların konsolidasiyası üzrə pilot layihələr müzakirə edilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dövlət Su İşləri İdarəsinin Baş direktorunun müavini Faruk Fıratoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlıq, torpaqların konsolidasiyası sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sektorun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması əsas prioritetlər kimi müəyyənləşib. Bu istiqamətdə proqramda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Nazir qeyd edib ki, pilot layihələrin icrasında Türkiyənin bu sahədə formalaşmış təcrübəsinin öyrənilməsi və tətbiqi, həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan pilot layihələr, torpaqların konsolidasiyası mexanizminin tətbiqi ilə bağlı hüquqi, institusional və texniki məsələlər, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Ekspertlərin Azərbaycanda torpaqların konsolidasiyası üzrə pilot layihələrin həyata keçiriləcəyi Qəbələ və Salyan rayonlarına səfəri, aparılan qiymətləndirmələrin nəticələri və ilkin təəssüratlar müzakirə olunub. Müzakirələr zamanı pilot ərazilərin mövcud vəziyyəti, konsolidasiya imkanları və layihələrin uğurla icrası üçün zəruri texniki və institusional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin davam etdirilməsi, müvafiq istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin hər iki ölkənin aqrar sektorunun inkişafına töhfə verəcəyini vurğulayıblar.

Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
Məqalədə: #Türkiyə #Azərbaycan #Qəbələ #Kənd Təsərrüfatı Nazirliyi #Məcnun Məmmədov #Faruk Fıratoğlu #Torpaqların konsolidasiyası

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.