13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub

5 Oktyabr 2024 12:18
Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub

Bakı, AzerVoice

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerası olub.

AzerVoice xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Əvvəlcə iştirakçılar foyedə filmin çəkilişi zamanı istifadə olunan geyim və tarixi əşyaların sərgiləndiyi guşə ilə tanış olublar.

Ekran əsərinin nümayişindən əvvəl məlumat verilib ki, “Tağıyev: Neft” filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmdə XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə işıq salır. Bu ekran işində onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar haqqında məlumat almaq, yaşadığı dövrə səyahət etmək mümkün olacaq.

Film vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq məsələlər diqqət mərkəzinə gətirilir.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

Ekran işinin ərsəyə gəlməsinə “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətləri də dəstək verib.

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirib. O, ekran əsərinin çəkilişləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açıb və bu filmin Tağıyevin şəxsiyyətinə layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini söyləyib.

Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu Əliyevaya təşəkkür edib və yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın tarix və mədəniyyətinin yaşadılmasına, təbliğinə mühüm töhfələr olan ekran əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Bu sırada “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmləri qeyd edə bilərik.

Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub
Məqalədə: #Heydər Əliyev Mərkəzi #Hacı Zeynalabdin Tağıyev

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.