14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türk Mədəniyyəti Fondu elm və mədəniyyətin rəqəmsal inkişafına dəstəyini davam etdirir

13 May 2025 15:02
Türk Mədəniyyəti Fondu elm və mədəniyyətin rəqəmsal inkişafına dəstəyini davam etdirir

BAKI, AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulovanın Qırğızıstana işgüzar səfəri çərçivəsində Jusup Balasaqunı adına Qırğız Milli Universiteti nəzdində fəaliyyət göstərən Türk İrsi Mərkəzinə müasir multimedia avadanlıqlarının verilməsi münasibətilə rəsmi mərasim keçirilib.

AzerVoice xəbər verir ki, ümumi dəyəri 2 milyon Qırğızıstan somu olan avadanlıq Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərində Mədəni İrs Mərkəzlərinin yaradılması proqramı çərçivəsində Fondun Prezidenti Aktotı Raimkulova tərəfindən təqdim olunub.

Çıxışında Aktotı Raimkulova Türk İrsi Mərkəzinin türk dünyasının zəngin tarixi-mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm bir platforma olduğunu vurğulayıb: “Fond türk xalqları arasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən qurumları ardıcıl şəkildə dəstəkləyir. Əminik ki, təqdim edilən bu avadanlıq Mərkəzin elmi və təhsil yönümlü genişmiqyaslı layihələrinin həyata keçirilməsində effektiv vasitə olacaq”.

J. Balasaqun adına Qırğız Milli Universitetinin rektoru göstərilən səxavətli dəstəyə görə dərin təşəkkürünü ifadə edərək bildirib ki, təqdim olunan texniki avadanlıq tədqiqatların rəqəmsallaşdırılması, universitetlərarası əməkdaşlıq və beynəlxalq tədbirlərin təşkili üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, analoji Türk İrsi Mərkəzləri artıq Əl-Farabi adına Qazax Milli Universitetində, Qazax Milli Memarlıq və İnşaat Akademiyasında, habelə Kurmanqazı adına Qazax Milli Konservatoriyasında fəaliyyətə başlayıb. Yaxın vaxtlarda Azərbaycanda, Türkiyədə və Polşada da belə mərkəzlərin açılması nəzərdə tutulur.

Türk Mədəniyyəti Fondu elm və mədəniyyətin rəqəmsal inkişafına dəstəyini davam etdirir Türk Mədəniyyəti Fondu elm və mədəniyyətin rəqəmsal inkişafına dəstəyini davam etdirir Türk Mədəniyyəti Fondu elm və mədəniyyətin rəqəmsal inkişafına dəstəyini davam etdirir
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.