11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatında çıxış edib

22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

22 Dekabr 2025 16:44
Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatında çıxış edib

BAKI,AzerVoice

Səfir Qismət Gözəlov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimində çıxış etmişdir

AzerVoice xəbər verir ki, 22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimovanın və Türkmənistanın xaricidəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, həmçinin, müəllimlər, tələbələr və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.

Konfransda M.Başimova, səfir Qismət Gözəlov, Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistan-Azərbaycan parlamentlərarası işçi qrupunun Türkmənistan tərəfindən rəhbəri Annamuhammet Sarcayev, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Gülşat Yusupova və Türkmənistan Elmlər Akademiyasının Maxtumquli adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun elmi katibi Kakacan Canbekov çıxış etmişlər.

Səfir Q.Gözəlov çıxışında vurğulamışdır ki, Qurbanqulu Berdiməhəmmədovun “Ağlın gövhəri” kitabının Azərbaycan oxucusuna çatdırılması bu dəyərli əsərin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, “Ağlın gövhəri” kitabının Azərbaycan dilində nəşri xalqlarımız arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Əsər Azərbaycan oxucularına türkmən xalqının tarixi, zəngin mənəvi dəyərləri, həmçinin Türkmənistanda elmin, təhsilin və mədəniyyətin inkişafı barədə geniş və dolğun təsəvvür yaradır. Bununla yanaşı, “Ağlın gövhəri” əsəri xalqlarımızın ortaq mənəvi dəyərlərinin, tarixi köklərinin və qardaşlıq ənənələrinin parlaq təcəssümüdür. Əsərin Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-mədəni əməkdaşlığa yeni nəfəs verir, türk xalqları arasında mövcud olan mənəvi körpünü daha da möhkəmləndirir.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir Q.Gözəlov, ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətli inkişaf yolu keçərək 2025-ci ildə ölkə liderlərinin siyasi iradəsi ilə daha da möhkəmləndiyini, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişləndiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, Azərbaycanla Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur, son dövrlər baş tutan ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər və diplomatik təmaslar ikitərəfli dialoqu intensivləşdirmiş, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratmışdır.

Həmçinin, səfir çıxışında Türkmənistanın daimi tərəfsizliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmış və bu xüsusda ölkədə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə toxunmuşdur. Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2025-ci illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğu bildirmişdir.

Eyni zamanda, Səfir Q.Gözəlov konfransda Türkmənistan mediasına müsahibə vermişdir.

Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatında çıxış edib Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatında çıxış edib Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatında çıxış edib Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatında çıxış edib
Məqalədə: #Azərbaycan #Türkmənistan #Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov #Qurbanqulu Berdiməhəmmədov kitabı #Ağlın gövhəri təqdimat mərasimi #Azərbaycan–Türkmənistan mədəni əlaqələri #Aşqabad beynəlxalq konfransı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.