5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

“Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib.

16 Aprel 2026 10:20
“Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

BAKI,VOA

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib.

VOA xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “Narimanfilm” MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru Ruslan Ağazadədir.

Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçün nəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaş qruplarından tamaşaçıların marağına səbəb olacaq.

Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak" qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.

Filmin premyerası böyük maraqla qarşılanıb, yaradıcı heyət alqışlarla səhnəyə dəvət olunub.

Qeyd edək ki, bədii film may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Tədbir zamanı, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə hazırlanan və bu il təqdimatları keçiriləcək animasiya və filmlərin treylerləri nümayiş etdirilib.

Ekran əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov AZƏRTAC-a açıqlamasında filmin qədim tariximizə ekskursiya olduğunu deyib: "Filmdəki hadisələr təqribən eramızdan əvvəl VIII-VII əsrlərə aiddir. Əlbəttə tarixi bilmək, keçmişimizə arxalanıb irəliyə getmək daha məqsədəuyğundur. Filmdəki Ata Arbak obrazı qədim dildə idarəçi, rəhbər deməkdir, Qoytasar bizim qədim türk mədəniyyətinə, türk tarixinə aid bir personajdır. Ekran işindəki qəhrəmanlar daha çox mifik personajlardır. Yəni film sırf tarixi deyil, macəra və nağıl filmidir. Daha çox gənclər və yeniyetmələr üçün nəzərdə tutulub. Çox istərdik ki, ilk növbədə məhz gənc nəsil və yeniyetmələrimiz filmi izləsin, dəyərləndirsin və ondan bəhrələnsinlər".

Ekran işinin çoxkoloritli olduğunu qeyd edən bəstəkar-musiqişünas Məryəm Əlibəyli isə deyib: "Mənim öhdəmə düşən məsuliyyət Azərbaycanın tarixi, qədimliyi ilə bağlı özəllikləri film üçün bəstələdiyim musiqilərə yansıtmaq idi. Azərbaycan kino ənənələri musiqisindən kənara çıxmamaq şərti ilə musiqilər yaratdım. Burada bir çox qədim alətlərdən istifadə olunub. Yallı janrında da musiqi bəstələnib. Musiqiləri filmin süjet xəttinə uyğun yazaraq onun gözəlliyinə bir az da ahəng qatmağa çalışmışam. Ümid edirəm ki, hər kəs ekran işindən məmnun olacaq və Azərbaycan filminin möhtəşəmliyini görəcək".

“Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb “Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb
Məqalədə: #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Heydər Əliyev Mərkəzi #Anar Ələkbərov #Azərbaycan Respublikası Kino Agentliyi #Akinak tammetrajlı bədii filmi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub
Cəmiyyət

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

29 İyul 21:51
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

27 İyul 22:53

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.