10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

“Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.

4 Avqust 2026 14:49
“Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

BAKI,VOA

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib.

VOA xəbər verir ki, bədii filmin bölümləri - “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq “Tağıyev” bədii filmini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.

Ümumiyyətlə, filmin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və geniş izləyici kütləsi toplaya bilib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri olub. Həmçinin “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib. 2026-cı ildə “Tağıyev: Neft” bədii filmi Böyük Britaniyanın paytaxtı Londonda, məşhur kino mərkəzi BAFTA-nın Princess Anne Theatre zalında xarici auditoriyaya təqdim edilib. “Dədə Qorqud” film festivalında “Tağıyev: Neft” filminə görə ən yaxşı kişi rolu nominasiyasında baş rol ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev əsas mükafatı qazanıb.

Bununla yanaşı, bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsərində XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyət olur. O çətinliklərlə üzləşir amma geriyə addım atmır, zərbələr alır amma daha güclü olur.

Filmin çəkilişləri miqyasına görə də Azərbaycan kinomatoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filmini ərsəyə gətirməklə Bakı Media Mərkəzi Azərbaycanın kino sənayesinə öz növbəti dəyərli tövhəsini vermiş olub.

Qeyd edək ki, Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus kinoteatrlarında Tağıyev Film Həftəsi keçirilir. Avqustun 9-dək keçirilən bu marafonda Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin həyatına, mübarizəsinə və zəngin irsinə həsr olunmuş 4 filmi yenidən böyük ekranda izləmək imkanı əldə etmək mümkündür.

“Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
Məqalədə: #Azərbaycan #Hacı Zeynalabdin Tağıyev #Tağıyev

Mövzu üzrə digər xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.