5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb

11 Yanvar 2024 20:25
MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Bakı. AzerPress:

MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

AzerPress xəbər verir ki, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və Gənc MÜSİAD Azərbaycan nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovu ziyarət edib.

Məlumata əsasən, görüşdə qarşılıqlı olaraq iki qurum fəaliyyətləri haqqında məlumat verib, gələcəkdə təhsil barəsində planlanan işlər müzakirə edilib.

Daha sonra Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin əsas göstəricilərindən biri olduğunu vurğulayaraq, UNEC2B platformasından, eləcə də bu istiqamətdə həyata keçirilən digər yeniliklərdən danışıb.
Rektor, həmçinin, dövlət və özəl sektorların sifarişləri ilə UNEC-in həyata keçirdiyi mini MBA proqramları, əməkdaşlar üçün təşkil olunan təlimlər, startap layihələri və s. barədə məlumat verib.

Görüş zamanı MÜSİAD Azərbaycan üzvlərinin mütəxəssisləri tərəfindən UNEC tələbələrinə masterclasslar, təlimlər və təqdimatlar keçirilməsi və UNEC müəllimləri tərəfindən dərnək üzvlərinə təlimlərin verilməsi barədə müzakirələr aparılıb.

Bundan əlavə, görüş çərçivəsində UNEC-in Start-Up mərkəzi ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, tələbələrin layihələrinə dəstək olmaq üçün görüşlər keçiriləcəyi bildirilib.

İki qurum arasında Universitet-Sənayə İş birliyi Komissiyasının qurulması barədə razılıq əldə olunub.

Görüşün sonunda Rəşad Cabirli rektor Ədalət Muradova plaket təqdim edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Məqalədə: #MÜSİAD Azərbaycan #UNEC

Mövzu üzrə digər xəbərlər

Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir
Cəmiyyət

Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

18 İyul 09:11
Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat

Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

9 İyul 21:24
MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib
Türkiyə

MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

26 İyun 19:14
UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib
İqtisadiyyat

UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib

6 May 18:06

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.