6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb

Ölkəmizdə təşkil edilən COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair Nazirlər Görüşü keçirilib.

14 Noyabr 2024 20:33
COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb

Bakı. AzerVoice

Ölkəmizdə təşkil edilən COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair Nazirlər Görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələrimiz arasında inteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb.

Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərin yaşıl iqtisadi keçidini dəstəkləmək üçün platforma kimi İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığı yaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətli yaşıl keçid üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Bu çərçivədə milli yaşıl inkişaf strategiyalarının hazırlanması, yaşıl enerji zonalarının yaradılması, iqlimin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, yaşıl KOB subyektlərinin və startapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərin reallaşdırılması hədəflənir.

Nazirlər Görüşündə TDT-nin baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali, Qazaxıstanın Baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Sanjarbek Bolotov, Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycanın Xarici İşlər Nazirliyinin departament rəhbəri Elmar Məmmədov çıxış ediblər. Çıxışlarda türk ölkələrində həyata keçirilən iqlim və yaşıl iqtisadiyyat siyasəti barədə məlumat verilib. Müxtəlif istiqamətlər üzrə ölkələrarası tərəfdaşlığın və inteqrasiya proseslərinin güclənməsinin ümumi rifah və qlobal çağırışlara adekvat yanaşma baxımından vacibliyi vurğulanıb. Bildirilib ki, tərəfdaşlıq vasitəsilə üzv dövlətlər davamlı inkişafa, iqlim problemlərinin həllinə və regional iqtisadi artımın təşviqinə sadiqliklərini nümayiş etdirirlər. Azərbaycanın türk dövlətləri arasında tərəfdaşlığın güclənməsinə mühüm töhfələri vurğulanıb.

Tədbirdə təşkilata üzv dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərlərinin İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatı imzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişafın rəhbərlik etdiyi gələcək üçün ortaq baxışı ortaya qoyur.

COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb
Məqalədə: #Azərbaycan #Türk Dövlətləri Təşkilatı (TDT) #COP29

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.