9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçirilib

Dünya İqtisadi Forumunun idarəedici direktoru və Təbiət və İqlim Mərkəzinin rəhbəri Cim Huay iştirakçıları salamlayaraq dayanıqlı gələcək və sıfır emissiya hədəflərinə çatmaq üçün liderliyin rolunu vurğulayıb.

15 Noyabr 2024 15:37
COP çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçirilib

Bakı, AzerVoice

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin təşkilatçılığı ilə iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı təşviq etmək üçün yüksək səviyyəli liderlərin iştirakı ilə görüş təşkil olunub.

AzerVoice xəbər verir ki, görüşdə 70-dən çox yerli və beynəlxalq şirkətlərin rəhbər şəxsləri və dövlət rəsmiləri iştirak edib.

Dünya İqtisadi Forumunun idarəedici direktoru və Təbiət və İqlim Mərkəzinin rəhbəri Cim Huay iştirakçıları salamlayaraq dayanıqlı gələcək və sıfır emissiya hədəflərinə çatmaq üçün liderliyin rolunu vurğulayıb.

DİF-in Təbiət və İqlim Mərkəzinin rəhbər şəxsləri və ekspertlərinin də qatıldığı görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkənin rolunun artırılması və emissiyaların azaldılması hədəflərinə nail olmaq üçün strateji təşəbbüslər qeyd olunub.

Tədbir çərçivəsində həmçinin "Ambisiyadan fəaliyyətə: İqlim həlləri və siyasəti üçün əməkdaşlıq" adlı sessiya baş tutub.

Sonda "Sıfır emissiya, təbiət üçün müsbət və sosial ədalətli gələcəyə nail olmaq üçün miqyasını genişləndirməli olduğumuz innovativ tərəfdaşlıqlar və investisiyalar hansılardır?" mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçirilib COP çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçirilib COP çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçirilib
Məqalədə: #İqtisadiyyat Nazirliyi

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.