10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin İskenderun limanı 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İskenderun limanı 47 milyon 665 min 773 ton yük qəbul edib.

21 Noyabr 2024 13:40
Türkiyənin İskenderun limanı 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı,AzerVoice

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İskenderun limanı 47 milyon 665 min 773 ton yük qəbul edib.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 2 milyon 48 min 949 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 45 milyon 616 min 824 ton yük daşınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında İskenderun limanından 4 milyon 55 min 601 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 180 min 412 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 306 milyon 255 min 581 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 451, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 945 olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51min 713 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584, Türkiyə bayrağı altında olan gəmilər isə 18 min 129 olub”, – deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.