4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

ÜMT COP29-da su mövzusuna dair analitik qeyd təqdim edib

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) COP29 çərçivəsində su mövzusu üzrə analitik qeyd təqdim edib.

21 Noyabr 2024 10:51
ÜMT COP29-da su mövzusuna dair analitik qeyd təqdim edib

Bakı, AzerVoice

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) COP29 çərçivəsində su mövzusu üzrə analitik qeyd təqdim edib.

AzerVoice xəbər verir ki, bunu ÜMT-nin ekspertlər qrupu nümayəndəsi Nikolas Franke COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.

"Artıq bir ildən çoxdur ki, ÜMT-nin ekspertlər qrupu iqlim dəyişikliyinin təsirlərinin su ehtiyatlarına təsirini öyrənir. Bu iş bir çox hökumətlərin, o cümlədən bizə bu vəzifənin icrasında dəstək üçün məsləhətçi təmin edən Avstraliyanın dəstəyi ilə həyata keçirilir. Nəticədə COP29-da bu mövzuya həsr edilmiş analitik qeyd təqdim olundu.

Sənəddə su ehtiyatlarının və su təchizatı və sanitariya sahəsində xidmətlərin iqlim dəyişikliklərinin təsirlərinin azaldılması kontekstindəki rolu ilə bağlı əsas məsələlər müəyyən edilib. Bu material hökumətlərə və beynəlxalq təşkilatlara iqlim məqsədlərinə nail olmaqda kömək etməyi hədəfləyir.

Biz artıq su ilə iqlim dəyişikliklərinə uyğunlaşma arasındakı fundamental əlaqə və su ehtiyatlarının adaptasiya planlarında nəzərə alınmasının vacibliyi barədə çox şey bilirik. Məsələn, əvvəlki COP-da qlobal adaptasiya planı qəbul edildi, bu plan su qıtlığı və təhlükələrlə bağlı konkret hədəfləri əhatə edir. Lakin suyun iqlim dəyişikliyinin təsirlərinin azaldılmasındakı rolu və bu aspektlərin Paris Sazişi çərçivəsində milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) inteqrasiyası hələ tam başa düşülməyib.

Ümid edirik ki, bu analitik qeyd su ehtiyatları ilə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması arasındakı əlaqəni daha dərindən anlamağa və ölkələrə müvafiq tədbirləri hazırlayıb tətbiq etməyə kömək edəcək", – deyə Nikolas Franke bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.