8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İraqdan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

2024-cü ilin yanvar-noyabr aylarında İraqdan Türk limanlarına 2 milyon 29 min 147 ton yük daşınıb.

19 Dekabr 2024 15:40
İraqdan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-noyabr aylarında İraqdan Türk limanlarına 2 milyon 29 min 147 ton yük daşınıb.

Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İraqdan Türkiyə limanlarına 218 min 357 ton yük daşıyıb.

“Bu ilin yanvar-noyabr aylarında İraqdan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 810 min 790 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində İraqdan Türkiyəyə İraq bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

2024-cü ilin yanvar-noyabr aylarında İrandan Türkiyə limanlarına tranzit yük daşınmayıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.