12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Özbəkistan turizm sahəsində anlaşma memorandumu imzalayıb

5 Aprel 2025 11:17
Azərbaycan və Özbəkistan turizm sahəsində anlaşma memorandumu imzalayıb

BAKI, AzerVoice

Özbəkistanın "Milli PR-mərkəz" dövlət unitar müəssisəsi Azərbaycanın Turizm Bürosu ilə Anlaşma Memorandumu imzalayıb.

AzerVoice xəbər verir ki, memorandumun imzalanması Özbəkistanın turizm komitəsinin sədri Ümid Şadiyev və Azərbaycan Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova arasında Səmərqənd şəhərində keçirilən görüşün gedişində baş tutub.

Sənəd Böyük İpək Yolu üzrə vahid turizm marşrutunun inkişaf etdirilməsinə hədəflənib.

Danışıqların gedişində tərəflər turizm sahəsinin hazırkı vəziyyətini, əməkdaşlıq perspektivlərini və müştərək turizm təşəbbüslərinin inkişaf etdirilməsini müzakirə ediblər.

Əməkdaşlığın əsas məqsədi "Joint Silk Road Highlights Tour" təşəbbüsü çərçivəsində iki ölkənin turizm resurslarının birləşdirilməsidir. Layihə Mərkəzi Avropa ölkələrində, İpək Yolu üzərində yerləşən əsas tarixi məkanlarda, o cümlədən, Bakı, Şamaxı, Şəki, Xivə, Buxara və Səmərqənddə birgə turizm marşrutlarının təşviqini nəzərdə tutur.

Memorandum çərçivəsində tərəflər, həmçinin, birgə B2B tədbirləri, yol şouları (roadshow) və beynəlxalq turizm sərgilərində iştiraka dair razılığa gəliblər.

Sənədin imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti Səmərqənd Turizm Akademiyasını ziyarət edib, burada qonaqlar tədris proqramları, infrastruktur və turizm sahəsində kadr hazırlığı perspektivləri ilə tanış olublar.

İpək Yolunun mərkəzi hissəsində yerləşən aparıcı turizm istiqamətləri kimi Özbəkistan və Azərbaycan daha çox turist cəlb etmək, tarixi məkanların tanıdılmasını artırmaq və qlobal turizm bazarında mövqelərini gücləndirmək məqsədilə strateji tərəfdaşlıq qururlar.

Memorandumun imzalanması iki ölkə arasında turizm əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayır və sahənin gələcək inkişafı üçün yeni imkanlar açır.

Məqalədə: #Azərbaycan #Özbəkistan #memorandum #turizm

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.