9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Əfqanıstanda “az qazananlar” vergidən azad ediləcək

31 May 2024 14:55
Əfqanıstanda “az qazananlar” vergidən azad ediləcək

Bakı. AzerVoice:

Əfqanıstandakı İslam Əmirliyi administrasiyası vətəndaşların vergidən azad edilməsi ilə bağlı yeni fərman imzalayıb.

AzerVoice xəbər verir ki, İslam Əmirliyi administrasiyasının rəhbəri Şeyxül Hədis Hibetullah Axundzadənin verdiyi fərmanla vergilərdə müəyyən tənzimləmələr edilib.

Müvafiq olaraq, illik gəliri 2 milyon əfqanidən (27.890 dollar) aşağı olan vergi ödəyiciləri gəlir vergisindən azad ediləcəklər. Əgər kiminsə illik satışları dörd milyon olarsa, bunun iki milyonu vergidən azaddır, digər iki milyonu isə 0,3 faizlə vergiyə cəlb olunacaq”.

Əvvəlki tənzimləmədə illik gəliri 150 min əfqandan aşağı olan vergi ödəyiciləri vergidən azad edilir, bu məbləğdən yuxarı gəlir əldə edənlərdən isə 0,5 faiz vergi tutulurdu.

Sözügedən qərarın ölkədə sənaye və ticarətin inkişaf etdirilməsi məqsədi ilə qəbul edildiyi bildirilib.

Sənaye və Ticarət Naziri vəzifəsini icra edən Nuruddin Əzizi deyib: “Bizneslərdən, özəl sektordan və digər ticarət obyeklərindən yığılan vergilər, gəlirlər və xidmət haqları olmadan bir ölkədə hökuməti idarə etmək mümkün olmaz”.

İslam Əmirliyinin İnzibati İşlər üzrə Baş İdarəsinin rəisi Nur-Ul-Haq Ənvar deyib: “İnsanlar diqqət yetirsələr görərlər ki, İslam Əmirliyinin həyata keçirdiyi islahatlar nə şou, nə də özbaşınalıqdır, realdır və mövcud vəziyyətdə vətəndaşların ehtiyaclarına cavab verir."

Ali təhsil naziri vəzifəsini icra edən Neda Məhəmməd Nadim deyib: “Vergilərin gündəlik azaldılması bizim sistemin bir siyasətidir, bu isə dindarlıq və sistemin İslama uyğun olmasından irəli gəlir”.

Maliyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 206 növ sahibkarlıq subyekti, o cümlədən dükan və ticarət obyekləri fəaliyyət göstərir. Nazirlik bütün sahibkarları vergilərini vaxtında ödəməyə və Maliyyə Nazirliyi ilə əməkdaşlığa çağırıb.

İqtisadiyyat naziri vəzifəsini icra edən Din Mohammad Hanif, "İslam Əmirliyinin heç bir xarici yardım almadığı bir vaxtda güzəştlər və ya asanlıqlar təmin edilir" deyib.

Qeyd edək ki daha öncə 2022-də Əfqanıstan İslam Əmirliyi vergi cəzalarından azad edilmə ilə bağlı da qərar çıxarmışdı.

https://www.youtube.com/watch?v=6HP93_gLnr8&t=59s
Əfqanıstanda “az qazananlar” vergidən azad ediləcək
Məqalədə: #Əfqanıstan İslam Əmirliyi #vergi #biznes

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.