9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyədə beş ildən sonra əhali arasında yenidən sorğu keçiriləcək

3 İyun 2024 17:33
Türkiyədə beş ildən sonra əhali arasında yenidən sorğu keçiriləcək

Bakı. AzerVoice

Türkiyə Demoqrafik və Sağlamlıq Araşdırması 5 illik fasilədən sonra yenidən keçiriləcək.

AzerVoice xəbər verir ki, Türkiyənin Prezident Strategiya və Büdcə Naziri İbrahim Şenel, "2024 Türkiyə Əhali və Sağlamlıq Araşdırması" çərçivəsində təxminən 20 min ev təsərrüfatı ilə sorğu aparılaraq məlumatların toplanacağını ifadə edib.

Bu barədə bir tədbirdə çıxış edən Şenel "Doğuşun azalması və əhalinin yaşlanması tendensiyası əmək bazarı, inkişaf potensialımız və ölkəmizin uzunmüddətli rifahı üzərinizdə basqı əmələ gətirir" deyə əlavə edib.

O, bir çox sahədə atılacaq addımların müəyyənləşdirilməsində əhali strukturunun təsbit edilməsinin kritik əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

Doğurganlığın azalması səbəbindən əhalinin artım sürətinin yavaşladığını ifadə edən Şenel, "Doğum zamanı gözlənilən ölüm halları azalır və yaşlı əhalinin həm sayca, həm də əhali içindəki payı artmağa davam edir. Bundan əlavə, yaşlanma tendensiyası ilə birlikdə orta yaş da artır və bəzi ölkələr üçün xaricdən köç prosesi əhali meylləri üzərində əhəmiyyətli təsir göstərir." deyib.

Şenel bildirib ki, ölkələrin demoqrafik strukturlarında baş verən dəyişikliklər əmək bazarlarına, sosial təminat sistemlərinə, dövlət gəlir və xərclər balansına, dövlət xidmətləri və maliyyə ehtiyaclarına təsir göstərir.

Türkiyə Demoqrafik və Sağlamlıq Araşdırmasının 1968-ci ildən bəri hər beş ildən bir keçirildiyini xatırladan Şenel, bu sorğunun 12-cisinə start verəcəklərini bildirib. Şenel, araşdırmanın doğum, ölüm və miqrasiya göstəricilərində baş verən dəyişikliyi və bu dəyişikliyə təsir edən faktorları ortaya çıxardığını, bu sahələrdə hazırlanacaq dövlət proqramları və strategiyalara istiqamət verdiyini bildirib.

Türkiyədə beş ildən sonra əhali arasında yenidən sorğu keçiriləcək
Məqalədə: #Türkiyə #Əhali

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.