7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Masdar Azerbaijan Azərbaycanda üç bərpa olunan enerji layihəsinin başa çatma tarixlərini açıqlayıb

5 İyun 2024 09:19
Masdar Azerbaijan Azərbaycanda üç bərpa olunan enerji layihəsinin başa çatma tarixlərini açıqlayıb

Bakı. AzerVoice:

Neftçala və Biləsuvarda günəş elektrik stansiyalarının 2026-cı ildə istifadəyə veriləcəyi, Abşeron-Qaradağ külək elektrik stansiyasının tikintisinin yekunlaşması isə üç il çəkəcəyi vaxt gözlənilir.

Bu barədə  AzerVoice - ə müsahibəsində "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov deyib.

M.Sadıqov bu üç layihənin "Masdar" (BƏƏ) şirkətinin meqalayihəsinin bir hissəsi olduğunu vurğulayıb.

"Biz 4 iyun 2022-ci ildə Şuşa şəhərində Energetika Nazirliyi ilə iki icra müqaviləsi imzaladıq. Həmin layihələr çərçivəsində 1-ci fazada quruda 1 gigavat günəş, 1 gigavat külək, 2-ci fazada da eynilə 1 gigavat günəş, 1 gigavat külək istehsalı stansiyalarının tikilib istifadəyə verilməsi planlaşdırılırdı.

İyunun 4-də 1-ci fazanın 1 gigavatlıq layihələrinin təməlqoyma mərasimi keçirildi. Bu layihələrə 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyası (Bakı-Şamaxı yolun üzərində, Abşeron və Qaradağ ərazisində yerləşir), Nefçalanın Bankə qəsəbəsinda 315 meqavatlıq günəş elektrik stansiyası və Biləsuvarda 445 meqavatlıq günəş elektrik stansiyası daxildir.

Günəş elektrik stansiyalarının ümumi tikintisi təqribən iki il müddətinə yekunlaşacaq. 2026-cı ilin ikinci rübündə bu obyektlərin tam olaraq istifadəyə verilməsi gözlənilir. Külək elektrik stansiyasının isə tikintisinin yekunlaşması və təhvil verilməsi üçün 3 ilə yaxın vaxt tələb olunacaq. Bunlar ilkin hesablamalardır. Hal-hazırda bu layihələrin üzərində işlər gedir və daha dəqiq qrafik barədə məlumat veriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.

Təməlqoyma mərasimi 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində baş tutub.

Bu layihələr üzrə sazişlər “Masdar” şirkəti ilə bağlanıb. Xüsusilə, Azərbaycanın Energetika Nazirliyi ilə “Azərenerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Biləsuvar günəş elektrik stansiyası, Neftçala İES və Abşeron-Qaradağ külək elektrik stansiyası ilə bağlı “İnvestisiya Sazişinə Əlavə” imzalanıb.

Qaradağ külək elektrik stansiyası layihəsinin özü, enerjinin alqı-satqısı müqaviləsi, “Elektrik ötürücü şəbəkəyə qoşulma haqqında” müqavilə və “Torpaq icarəsi müqaviləsi” də təsdiq edilib.

Masdar Azerbaijan Azərbaycanda üç bərpa olunan enerji layihəsinin başa çatma tarixlərini açıqlayıb
Məqalədə: #Masdar #bərpa olunan enerji #Biləsuvar #Qaradağ

Mövzu üzrə digər xəbərlər

Canadian Solar ABŞ-da yeni günəş elementi zavodunu istifadəyə verib
Digər Xəbərlər

Canadian Solar ABŞ-da yeni günəş elementi zavodunu istifadəyə verib

24 İyul 18:35
Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

23 İyul 18:24
BƏƏ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib – Səfir
İqtisadiyyat

BƏƏ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib – Səfir

26 İyun 14:58
Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır
Türkiyə

Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

4 İyun 16:48

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.