9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyədə yerli sahibkarları qorumaq üçün idxal məhdudlaşdırılıb

12 İyul 2024 17:01
Türkiyədə yerli sahibkarları qorumaq üçün idxal məhdudlaşdırılıb

Bakı, AzerVoice

Türkiydə yerli istehsalçıların qorunması üçün buğdanın idxalına qoyulan qadağa oktyabrın 15-dən əvvəl ləğv edilməyəcəkdir.

AzerVoice xəbər verir ki, Türkiyə Torpaq Məhsulları Ofisinin (TMO) baş direktoru Ahmet Güldal, "15 Oktyabr tarixinə qədər təyin edilmiş idxal qadağası məhsul yığım dövrü bitmədən və istehsalçılarımızın məhsulları ticarət üçün bazara daxil olmadan heç bir halda yumşaldılmayacaq" deyib.

Güldal, taxıl satınalma siyasəti çərçivəsində xarici ticarət tədbirlərinin həyata keçirildiyini söyləyib.

Görülən bu tədbirlərlə məhsul yığımı dövründə istehsalçıların mənafeyini qoruduqlarını bildirən Güldal, "Bunlardan biri də 15 oktyabra qədər taxıl idxalına qoyulan qadağa idi. Bu proses davam edir. Heç bir şəkildə buğda və arpa idxal etmirik. Məhsul yığım dövrü yekunlaşıb yerli məhsullar bazara daxil olmadan idxala qoyulan məhdudiyyət heç bir halda yumşaldılmayacaq"-deyə əlavə edib.

Əvvəlki dövrlərdə Türkiyənin daxili tədarük təhlükəsizliyini təmin etmək üçün ixrac məhdudiyyətləri qoyulduğunu deyən Güdal, "2024-cü ilin məhsul yığımı dövründə bu ixrac məhdudiyyətlərini qaldırdıq. Taxılda ixraca icazə veririk. Son bir ayda təxminən 300 min ton bərk buğda, çörək buğdası və arpa ixracı həyata keçirdik. Bu, istehsalçılarımızı qorumaq üçün vacib və dəyərlidir”- deyə bildirib.

Yerli buğdadan hazırlanmış unun ixrac edilməsinə də məhdudiyyət qoyulduğunu lakin indi bu məhdudiyyətin ləğv edildiyini bildirən Güldal qeyd edib ki, hal-hazırda buğdadan un istehsal edərək heç bir idxal tələbi olmasa belə xaricə ixrac etmək mümkündür.

Türkiyədə yerli sahibkarları qorumaq üçün idxal məhdudlaşdırılıb
Məqalədə: #Türkiyə #yerli istehsal

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.