Bakı, AzerVoice
Türkiyənin acı bibər ixracatı ilin ilk yarısında keçən ilin eyni dövrünə görə 26 % artaraq 6 milyon 878 min dollara çatıb.
AzerVoice xəbər verir ki, 2023-cü ildə Türkiyədən 99 ölkəyə 12 milyon 226 min dollar dəyərində acı bibər ixrac edilib.
Keçən ilin yanvar-iyun dövründə 5 milyon 441 min dollar olan acı bibər ixracatı bu ilin eyni dövründə 26 % artaraq 6 milyon 878 min dollar olub.
Bu ilin birinci yarısında Almaniya, İngiltərə, Hollandiya, ABŞ, Şimali Kipr Türk Respublikası (KKTC), Səudiyyə Ərəbistanı, Kanada, Qətər, Rusiya, Rumıniya, Yunanıstan, Çin Xalq Respublikası, Braziliya, İtaliya, Kuba və İspaniyaya daxil olmaqla 83 ölkəyə 1876 ton acı bibər ixrac edilib.
Ölkə səviyyəsində 1 milyon 210 min dollarlıq bibər ixracatı ilə Almaniya birinci sırada yer alır. Bu ölkəni 964 min dollarla ABŞ, 781 min dollarla Böyük Britaniya, 771 min dollarla Hollandiya və 542 min dollarla Səudiyyə Ərəbistanı təqib edir.