8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin İnkişaf Yolu layihəsinə ikiqat marşrut

31 İyul 2024 11:14
Türkiyənin İnkişaf Yolu layihəsinə ikiqat marşrut

Bakı, AzerVoice

Asiya ölkələri və Şərqi Avropa ölkələrinə də İnkişaf Yolunun açılması planlaşdırılır

AzerVoice xəbər verir ki, Türkiyənin İnkişaf Yolu layihəsinin planlaşdırılması və masa üstü bəzi fəaliyyətləri tamamlanmaq üzrə ikən, bu yolun Avropa ilə yanaşı müxtəlif coğrafiyalara da açılması üçün yeni şəbəkələr yaradılır.

Körfəzi Avropaya birləşdirəcək İnkişaf Yolu layihəsi Qara dənizə də uzanacaq. Şırnak Ovaköydən Türkiyəyə daxil olacaq İnkişaf Yolu Mardin Diyarbəkir, Bingöl və Ərzurum vasitəsilə Qara dənizə çıxacaq. Bölgədəki limanlar vasitəsilə Rusiya və Ukraynaya açılacaq.

Bu çərçivədə İraqdan gələn İnkişaf Yolu Şırnak Ovaköy üzərindən Türkiyəyə daxil olacaq. Türkiyəyə girdikdən sonra Şırnak üzərindən Avropaya açılacaq İnkişaf Yolu qurulacaq yeni magistral şəbəkə ilə Ədirnəyə qədər fasiləsiz davam edəcək. İkinci bir marşrut olacaq Qara dəniz şəbəkəsi isə Mardin üzərindən çəkiləcək. Sonrakı mərhələlərdə layihə Diyarbəkir, Bingöl və Ərzurum vasitəsilə Qara dənizdəki limanlara açılacaq. Qara dənizdən dəniz yolu ilə Rusiya, Ukrayna və Gürcüstana çatacaq. Buradan magistral yollarla paylanacaq.

Qara dənizlə Şərqi birləşdirəcək bəzi yollarda yeni işlər aparılacaq. Bu marşrutla nəqliyyatın müddəti daha qısalacaq. Ərzurum üzərindən Qars və İğdırla da birləşdiriləcək İnkişaf Yolu Ermənistan və Azərbaycan kimi ölkələrə çatacaq. Beləliklə, həm region daxilində, həm də üçüncü ölkələrə ticarət trafiki artacaq.

Qeyd edək ki, Yeni İpək Yolu adlandırılan bu layihə Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəni əhatə edəcək. Layihə tamamlandıqdan sonra Fars körfəzi yaxınlığında tikilməkdə olan Fau limanının Türkiyənin Aralıq dənizindəki Mersin limanı ilə birləşdirilməsi planlaşdırılır. Belə ki, Şərqi Asiya və Fars körfəzindən Fav limanına daşınacaq yüklər daha sonra qatar və yük maşınları ilə 1200 kilometr məsafə uzaqlıqdakı Türkiyə sərhədinə, oradan isə Avropaya daşınacaq. Beləliklə, yükdaşımaların müddəti qısalacaq, nəqliyyat xərcləri azalacaq.

Onu da əlavə edək ki, Fau limanını Türkiyə sərhədi ilə birləşdirən və Fransanın “Alstom” şirkəti tərəfindən inşa edikəcək dəmir yolu dəhlizinin 18 milyard avroya başa gəlməsi və 2038-ci ilə qədər hazır olması gözlənilir

Üç mərhələdən ibarət olan bu layihənin ilk mərhələsi 2028-ci ildə yekunlaşacaq. Tam istifadəyə verilməsi isə 2050-ci ilə qədər planlaşdırılıb.

Türkiyənin İnkişaf Yolu layihəsinə ikiqat marşrut
Məqalədə: #Türkiyə #İnkişaf Yolu layihəsi

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.