6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dollara yaxınlaşıb (Özəl)

28 Avqust 2024 16:30
Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dollara yaxınlaşıb (Özəl)

Bakı, AzerVoice

2024-cü ilin iyul ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 32,7 faiz artaraq 997 milyon 540 min dollar olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 11,7 faiz artaraq, 5 milyard 980 milyon 913 min dollar olub.

“Bu ilin iyul ayında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz azalaraq 652 milyon 611 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 4 milyard 691 milyon 850 min dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.

“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #Türk dövlətləri

Mövzu üzrə digər xəbərlər

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib
Türkiyə

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

30 Avqust 09:18
Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)

16 İyul 09:45
Türkiyənin Azərbaycana mebel ixracı xeyli artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin Azərbaycana mebel ixracı xeyli artıb (ÖZƏL)

16 İyul 09:05
Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı xeyli artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı xeyli artıb (ÖZƏL)

15 İyul 18:30

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.