7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 14 faiz artıb

3 Sentyabr 2024 12:19
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 14 faiz artıb

Bakı, AzerVoice

Bu ilin I yarısında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 91 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən AzerVoice-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur və ən azı son 13 ildə ilk 6 ay üçün maksimal göstəricisidir.

Hesabat dövründə Azərbaycana Özbəkistandan 77 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da bir əvvəlki göstəricidən 36,2 % çoxdur.

6 ay ərzində Özbəkistandan 10,7 milyon ABŞ dolları dəyərində saflaşdırılmış misdən məftillər, borular və borucuqlar, 9,45 milyon ABŞ dolları dəyərində trikotaj parçalar, 6,5 milyon ABŞ dolları dəyərində avtomobillər üçün kuzovlar, 4 milyon ABŞ dolları dəyərində quru nəqliyyat vasitələri üçün mühərriklər, 3,6 milyon ABŞ dolları dəyərində qurudulmuş üzüm, 3,4 milyon ABŞ dolları dəyərində televiziya rabitəsi üçün qəbuledici aparatlar, 3,4 milyon ABŞ dolları dəyərində kondisionerlər, 2,8 milyon ABŞ dolları dəyərində toxuculuq materiallarından hazır xovlu/xovsuz örtüklər, 2,2 milyon ABŞ dolları dəyərində çəkməli tütün, 1,5 milyon ABŞ dolları dəyərində yer fıstığı, 1,4 milyon ABŞ dolları dəyərində təzə ərik, 1,3 milyon ABŞ dolları dəyərində kağız salfetlər, dəsmallar, süfrələr, selluloz pambıq, 1,2 milyon ABŞ dolları dəyərində quş yumurtası və s. alınıb.

Bu ilin I yarısında Azərbaycan Özbəkistana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 40,5 % azdır.

Hesabat dövründə Azərbaycan bu ölkəyə 3,25 milyon ABŞ dolları dəyərində alüminium ərintiləri, 2 milyon ABŞ dolları dəyərində ağ şəkər, 1,2 milyon ABŞ dolları dəyərində təzə alma, 1,1 milyon ABŞ dolları dəyərində badam və meşə fındığı, 605,5 min ABŞ dolları dəyərində lak və boyaqlar, 560 min ABŞ dolları dəyərində minik avtomobili, 520 min ABŞ dolları dəyərində polietilen, 434 min ABŞ dolları dəyərində xam neft və neft məhsulları, 297 min ABŞ dolları dəyərində qurudulmuş noxud, 268 min ABŞ dolları dəyərində nişasta və s. tədarük edib.

Məqalədə: #Azərbaycan #Özbəkistan

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.