8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

2025-ci ilin yanvar- may aylarında Çindən Türk limanlarına 5 milyon 133 min 599 ton yük daşınıb.

24 İyun 2025 14:22
Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar- may aylarında Çindən Türk limanlarına 5 milyon 133 min 599 ton yük daşınıb.

Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına 2 min 822 ton yük daşıyıb.

“Bu ilin yanvar- may aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 808 min 730 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 332 min 70 ton yük çatdırılıb.

2025-ci ilin yanvar- may aylarında Çindən Türkiyə limanlarına 1 milyon 187 min 378 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin may ayında Türkiyə limanları 35 milyon 822 min 570 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 677 min 245 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 145 min 325 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin may ayında Türkiyə limanlarından 6 milyon 424 min 286 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- may aylarında Türkiyə limanları 174 milyon 707 min 951 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 459 min 219 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 162 milyon 248 min 732 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- may aylarında Türkiyə limanlarından 28 milyon 735 min 237 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 626 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 2, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 624 olub.

2025-ci ilin yanvar - may ayında Türkiyə limanları 23 min 663 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 7 min 819, Türkiyə bayrağı altında olan gəmilər isə 15 min 844 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Çin #Türkiyə yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #Türkiyə limanlarının statistikası #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.