10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 4 milyon tondan çox gübrə daşınıb (ÖZƏL)

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 277 min 310 ton təbii, 3 milyon 797 min 163 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 180 min 988 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 208 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 125 min 780 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

1 Avqust 2025 15:25
Türkiyə limanları ilə 4 milyon tondan çox gübrə daşınıb (ÖZƏL)

BAKI, AzerVoice

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 277 min 310 ton təbii, 3 milyon 797 min 163 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 180 min 988 ton gübrə daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 208 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 125 min 780 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- iyun ayında Türkiyə limanlarından tranzit olaraq gübrə yük daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyə limanları 33 milyon 433 min 627 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 234 min 521 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 199 min 106 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 868 min 760 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanları 208 milyon 148 min 523 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 693 min 740 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 193 milyon 454 min 783 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanlarından 34 milyon 605 min 110 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 779 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 61 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 718 olub.

2025-ci ilin yanvar - iyun ayında Türkiyə limanları 29 min 446 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 880, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 564 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #gübrə məhsulları #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.