12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.

2 Avqust 2025 11:21
Baku
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı

BAKI, AzerVoice

Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.

AzerVoice-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.

Nazirlərin çıxışlarından sonra aparıcı açılış mərasimində iştirak edən rəsmi şəxsləri səhnəyə dəvət edəcək. Daha sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək. Bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start veriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı Azərbaycan qazının Suriyaya ixracına başlanıldı
Məqalədə: #Türkiyə #Qətər #Alparslan Bayraktar #Mikayıl Cabbarov #Doha #Suriya #təbii qaz #Suriya-Azərbaycan münasibətləri #Suriya-Azərbaycan təbii qaz layihəsi #Azərbaycan-Türkiyə-Suriya təbii qaz layihəsi

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.