8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 4 milyon tondan çox gübrə daşınıb (ÖZƏL)

Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 482 min 181 ton təbii, 4 milyon 155 min 412 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 637 min 593 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 96 min 843 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 540 min 750 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq gübrə daşınmayıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.

26 Avqust 2025 15:00
Türkiyə limanları ilə 4 milyon tondan çox gübrə daşınıb (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 482 min 181 ton təbii, 4 milyon 155 min 412 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 637 min 593 ton gübrə daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 96 min 843 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 540 min 750 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq gübrə daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 980 min 866 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 226 milyon 759 min 161 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

Qeyd edək ki, Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.

2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #gübrə məhsulları #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00
İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
İraq

İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 16:08
Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Əlcəzair

Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

10 Avqust 18:00

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.