10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.

21 Oktyabr 2025 20:36
Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.

AzerVoice xəbər verir ki, Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığımızın əsas istiqamətlərindən biridir və bu sahədə logistika xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Qazaxıstan və Azərbaycan Avrasiya ticarət zəncirinin mühüm iştirakçılarıdır və qarşılıqlı nəqliyyat bağlantılarının gücləndirilməsi regionda yükdaşımaların həcmini artıracaq.

İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb. Nazir müavini ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar haqqında danışıb.

Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “KAZAKH INVEST” Milli Şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Aytmuxammed Aldajarov, “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Farxat Sarkeseyev, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev və “Azerconnect Group” şirkətinin baş direktorunun müavini İlqar Nəhmədov ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəşt və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzularda çıxış ediblər.

Tədbirdə Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb.

Tədbir çərçivəsində B2B və B2C formatında görüşlər keçirilib.

Forum çərçivəsində Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib. İclasda şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsində və biznes subyektləri arasında təmasların artmasında rolu, sahibkarlara göstərilən dəstək barədə müzakirələr aparılıb. İclasın sonunda hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən bir sıra şirkətlər qarşılıqlı işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar.

Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib
Məqalədə: #Astana #Yusif Abdullayev #Orxan Məmmədov #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) #Qazaxıstan-Azərbaycan biznes forumu #Qazaxıstan-Azərbaycan İşgüzar Şurası #İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO #Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi #Azerconnect Group #KAZAKH INVEST Milli Şirkəti #Sultanqali Kinjakulov #QazTrade Ticarət Siyasətinin İnkişafı Mərkəzi #Aytmuxammed Aldajarov #Damu Sahibkarlığın İnkişafı Fondu #Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsi #Nurtas Karipbayev #Azerconnect Group şirkəti

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.