Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İsam bin Saleh əl-Cuteyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüş keçirib. Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi
Agentliyin rəhbəri Orxan Məmmədov sosial media paylaşımında qeyd edib ki, KOBİA sahibkarlığın inkişafı, biznesə dövlət dəstəyi və Agentliyin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu yüksək qiymətləndirir. O, həmçinin jurnalistlərə uğurlar arzulayıb.
Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir
Qadın sahibkarların biznesdə bilik və bacarıqlarının artırılması, işgüzar əlaqələrinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində müxtəlif təlim, master klaslar, işgüzar görüşlər və sosial fəaliyyətlər nəzərdə tutulur.
Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi müzakirə edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib
Şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə ictimai müzakirə təşkil olunub.
Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində baş tutub.
Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib
Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər.
Bakı KOB evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
“Bakı KOB evi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiya təşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər.
Saatlı rayonunda sahibkarlarla görüş keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş tədbirdə rayonda pambıqçılıq, toxumçuluq, süd və süd məhsullarının istehsalı, heyvandarlıq kimi sektorlarda fəaliyyət göstərən 100-dən çox sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır
Astana şəhərində keçirilən Azərbaycan–Qazaxıstan Biznes Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Azərbaycanın KOB evi modeli ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib
Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.
Azərbaycan halal biznesin regional mərkəzinə çevrilir - Orxan Məmmədov
Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov halal ticarətin müasir biznes modeli kimi formalaşmasının vacibliyini vurğulayıb.