11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində baş tutub.

28 Noyabr 2025 19:00
Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

BAKI,AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində baş tutub.

AzerVoice xəbər verir ki, “Gələcəyə tərəf” devizi ilə keçirilmiş Sammit əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlarla bağlı bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığına dəstək məqsədi daşıyıb.

Sammitdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, dövlət və özəl sektordan rəhbər şəxslər, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Anar Əliyev bu Sammitin əmək bazarında yeni peşə və bacarıqlara dair tələblərin peşəkar müzakirəsi baxımından xüsusi əhəmiyyətini, əmək bazarındakı sürətli dəyişikliklərə çevik adaptasiya imkanlarının qiymətləndirilməsinin tədbirin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Nazir bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində insan kapitalının inkişafı dayanır. Bu isə bir daha sübut edir ki, Azərbaycan artıq insan kapitalı əsaslı iqtisadi inkişaf modelini dövlət strategiyasının prioritet istiqaməti kimi müəyyən edib.

Anar Əliyev süni intellektin sürətli inkişafının, rəqəmsallaşmanın genişlənməsinin dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırmaqda olduğunu deyib. O qeyd edib ki, Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan “İşlərin Gələcəyi Hesabatı”na əsasən 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22 faizinin struktur dəyişikliklərinə məruz qalacağı gözlənilir. Bu reallıq fonunda regionlararası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal əmək bazarına daha çevik inteqrasiya vacibdir.

Nazir 2018-ci ildən əmək müqavilələrinin sayının 44 faiz artaraq 1,9 milyona çatdığını, son illər sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. Bildirib ki, alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz MDB ölkələri ilə müqayisədə minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.

Anar Əliyev 2022-ci ildən keçirilən “Peşələr Festivalı”nın minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olduğunu bildirib. O, hazırkı Sammitin dövlət qurumları, özəl sektor və təhsil müəssisələri arasında əmək bazarının cari vəziyyəti və gələcək dəyişikliklərə uyğunlaşması, peşə hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətini qeyd edib.

Əli Əhmədov yeni texnologiyaların, xüsusilə də süni intellektin təsiri altında yaranan yeni peşə bacarıqlarının mənimsənilməsi üçün gənc nəslin təşviq olunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə Gələcəyin Peşələri Sammiti kimi platformalara hər zaman ehtiyac olduğunu bildirib.

Orxan Məmmədov kadr potensialının gücləndirilməsinin gələcəyin rəqabətqabiliyyətli biznesləri üçün əsas şərtlərdən olduğunu vurğulayıb. O, əmək bazarının yeni çağırışları, peşə bacarıqlarının inkişafı, KOB-ların təlim ehtiyacları və KOBİA-nın bu istiqamətdə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Musa Quliyev texnologiya və innovasiyaların iş dünyasına təsirlərinin əmək bazarında dəyişiklikləri şərtləndirdiyini və işçi qüvvəsinin bacarıqlarına münasibətdə yeni tələbləri müəyyən etdiyini qeyd edib. Bu barədə tərəfdaşlar arasında fəal müzakirələrin, gənclərin məlumatlandırılması işlərinin aparılmasının önəmini vurğulayıb.

Gələcəyin Peşələri Sammiti işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma kimi nəzərdə tutulub. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, hədəf qrup olan peşəkarların daha çevik, innovativ, rəqabətədavamlı karyera həlləri ilə təminatına şərait yaradılmasıdır.

Tədbir çərçivəsində “Peşələrin gələcəyi bizdən nə tələb edir?”, “Gələcəyin bacarıqları” və “Gələcəyin iş mühiti” adlı üç panel müzakirəsi təşkil olunub. Panellərdə yeni nəsil peşələr, gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi, davamlı öyrənmə və inkişaf, yeni nəsil texniki və yumşaq bacarıqlar, peşəkar inkişafda fərdi dəstək mexanizmləri, iş dünyasında rəqəmsal kooperasiya strategiyaları və s. mövzular müzakirə edilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti çərçivəsində ilk tədbir cari ilin oktyabr ayının 30-da Naxçıvan şəhərində keçirilib.

Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib
Məqalədə: #Milli Məclis #Dövlət Məşğulluq Agentliyi #Musa Quliyev #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Orxan Məmmədov #Əli Əhmədov #Gələcəyin Peşələri Sammiti #Əmək və sosial siyasət komitəsi #Anar Əliyev #Gələcəyə tərəf devizi #Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.