6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər.

7 Noyabr 2025 11:36
Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

BAKI,AzerVoice

Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib.

AzerVoice xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər.

Görüşdə həmçinin KOBİA və müvafiq palataların nümayəndələri, iş adamları iştirak ediblər.

Görüşdə Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dair müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistika və İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranın potensialından geniş istifadə olunması qeyd edilib.

KOB-ların rəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərin bu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında 2025-ci ildə KOBİA və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir.

KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata ilə əməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslər arasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdən keçirilib.

Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib
Məqalədə: #Azərbaycan #Birləşmiş Ərəb Əmirlikləri #BƏƏ #KOBİA #Orxan Məmmədov #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Mövzu üzrə digər xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb

5 Sentyabr 16:47
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

5 Sentyabr 14:26

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.