4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib

Şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə ictimai müzakirə təşkil olunub.

4 Dekabr 2025 10:18
Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib

BAKI, AzerVoice

Şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə ictimai müzakirə təşkil olunub. Tədbirdə şəhərsalma ilə bağlı görülən işlər və sahibkarlar üçün yeni biznes imkanlarına dair fikir mübadiləsi aparılıb.

AzerVoice xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması” mövzusunda ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri və ticarət sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari şəhərsalma prosesinin sahibkarların fəaliyyətinə təsiri, bu istiqamətdə onların fikir və təkliflərinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ictimai müzakirələr qərarların hazırlanması prosesinə praktiki töhfə verir və sahibkarlığın inkişafı üçün daha uyğun mühitin formalaşdırılmasında faydalıdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şəhərsalma sahəsində aparılan yeniliklər fonunda biznes infrastrukturunun müasirləşdirilməsi və sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, yenilənən şəhərsalma modeli sahibkarların daha funksional, təhlükəsiz və müasir ticarət məkanlarında fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. KOBİA bu prosesdə sahibkarlara təşkilati və məlumatlandırıcı dəstək göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev şəhər nəqliyyatı və yük axınlarının tənzimlənməsi ilə bağlı aparılan yenilənmə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla ümumilikdə 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reyslə 700-dən artıq nəfərə xidmət göstərilir.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktor müavini Mövsüm Hüseynov paytaxtda ticarət və xidmət infrastrukturunun yenilənməsi, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznes subyektlərinin fəaliyyəti üçün alternativ imkanların təmin olunması barədə məlumat verib.

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) baş direktoru Emin Şirinov bildirib ki, Fond iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarlara müxtəlif maliyyə dəstək mexanizmləri təqdim edir. Həmçinin qeyd edib ki, Fond sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsinə və rəqabətədavamlı iqtisadi mühitin formalaşmasına xidmət edən layihələri dəstəkləməyə hazırdır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev yükdaşımaların intensivliyinin şəhər yollarında yaratdığı sıxlığın aradan qaldırılması, eləcə də nəqliyyat axınının tənzimlənməsi və sürücülərin təhlükəsiz hərəkəti üçün görülən tədbirlər barədə məlumat verib.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin icraçı direktorunun müşaviri Məmməd Ağayev yenilənən biznes infrastrukturunda risklərin idarə edilməsi, sığortanın önəmi barədə fikirlərini bölüşüb.

Sonra Abşeron Ticarət Mərkəzinin nümayəndəsi Erhan Topkaya ticarət mərkəzinin sahibkarlıq fəaliyyəti üçün təqdim etdiyi imkanlarla bağlı təqdimatla çıxış edib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib
Məqalədə: #Daxili İşlər Nazirliyi #Şirvan #KOBİA #Dövlət Yol Polisi #Orxan Məmmədov #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) #Anar Rzayev #Salyan #Lənkəran #Astara #Azərbaycan Biznesinin İnkişafı Fondu #İctimai Şura #Emin Dostiyari #Mövsüm Hüseynov #Bakı Şəhər Ticarət və Xidmət Departamenti #Emin Şirinov #Pərvin Səfərəliyev #Azərbaycan Sığortaçılar Assosiasiyası #Məmməd Ağayev #Erhan Topkaya

Mövzu üzrə digər xəbərlər

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
BƏƏ

BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

18 Avqust 20:23
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb
Cəmiyyət

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

10 Avqust 16:11
Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır
Cəmiyyət

Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

4 Avqust 15:29

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.