10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə COP30 “Mavi Zona”sında yerləşən Azərbaycan pavilyonunda “Standartlar vasitəsilə yaşıl gələcəyin formalaşdırılması” mövzusunda panel sessiyası təşkil edilib.

22 Noyabr 2025 14:59
AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransının (COP30) “Mavi Zona”sında yerləşən Azərbaycan pavilyonunda “Standartlar vasitəsilə yaşıl gələcəyin formalaşdırılması (Shaping green future through standards)” mövzusunda panel sessiyası təşkil edilib.

AzerVoice xəbər verir ki, panelin əsas məqsədi dayanıqlı inkişaf hədəflərinə nail olmaq və qlobal ətraf mühit çağırışlarını dəstəkləmək üçün beynəlxalq standartların mühüm vasitə kimi tətbiqini təşviq etmək olub. Həmçinin sessiya sənaye, hökumət və icmalar üçün yaşıl təcrübələrin qəbul edilməsi və dayanıqlı gələcəyin qurulmasına standartların necə rəhbərlik etdiyini nümayiş etdirmək məqsədi daşıyıb. Bununla yanaşı, proqram əməkdaşlıq, innovasiya və məsuliyyətli siyasət formalaşdırılması vasitəsilə dayanıqlı təcrübələrin genişləndirilməsini təşviq etməyi, eləcə də standartlaşdırmanın yaşıl, dayanıqlı və inklüziv dünya qurulmasında əhəmiyyətini gücləndirməyi hədəfləyib.

AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadənin moderatorluğu ilə keçirilən panelin spikerləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Ümayra Tağıyeva, Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibinin müavini Silvio Dulinski, İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun (SMIIC) baş katibi İhsan Övüt və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (OIML) prezidenti dr.Bobjozef Metyu olub.

Çıxışlar zamanı standartların harmonizasiyasının iqlim tədbirlərinə dəstək göstərmək, emissiyaların azaldılmasına töhfə vermək və xüsusilə qida texnologiyası ilə su idarəçiliyi kimi sahələrdə resurs səmərəliliyini artırmaq baxımından əhəmiyyətinə diqqət çəkilib. Bundan əlavə, standartlaşdırma orqanları ilə hökumət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, ətraf mühit siyasətlərinin qlobal ən yaxşı təcrübələrlə uyğunlaşdırılmasının və dayanıqlı, yaşıl gələcəyə doğru əlaqəli və səmərəli yanaşmaların təşviq edilməsinin vacibliyi vurğulanıb.

AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib
Məqalədə: #BMT #Braziliya #Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) #COP30 #Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi #Belem #Bobjozef Metyu

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.