AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə COP30 “Mavi Zona”sında yerləşən Azərbaycan pavilyonunda “Standartlar vasitəsilə yaşıl gələcəyin formalaşdırılması” mövzusunda panel sessiyası təşkil edilib.
Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanda zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edilib
Bu standartların tətbiqi ölkəmizdə zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına, dəqiq analiz və keyfiyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.
Azərbaycan və Türkiyə rəqabət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Türkiyə Respublikasının Ankara şəhərinə səfər ediblər. Səfər çərçivəsində nümayəndələr Türkiyə Rəqabət Qurumu ilə birgə keçirilmiş təcrübə mübadiləsi proqramında iştirak ediblər. Proqram çərçivəsində tərəflər arasında rəqabət siyasəti, müvafiq sahədə qanunvericiliyin tətbiqi və araşdırma metodları üzrə praktiki biliklər paylaşılıb, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.