7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edilib

Bu standartların tətbiqi ölkəmizdə zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına, dəqiq analiz və keyfiyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.

1 Oktyabr 2025 18:35
Azərbaycanda zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edilib

BAKI, AzerVoice

Bu standartların tətbiqi ölkəmizdə zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına, dəqiq analiz və keyfiyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.

Bu dövlət standartlarının qəbul edilməsində məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.

Qeyd edək ki, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər” dövlət standartı qiymətli daşların elmi, texniki və kommersiya sahələrində düzgün təsnifatını və kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının yaradılmasını nəzərdə tutur.

AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” dövlət standartı isə zərgərlik məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir edir.

Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Məqalədə: #Qiymətli metallar sazişi #Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) #Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi #zərgərlik

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib
İqtisadiyyat

AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib

22 Noyabr 2025 14:59
Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib
Cəmiyyət

Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

21 Oktyabr 2025 17:09
Azərbaycan və Türkiyə rəqabət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
Cəmiyyət

Azərbaycan və Türkiyə rəqabət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub

25 Sentyabr 2025 14:32

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.