7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

21 Oktyabr 2025 17:09
Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

AzerVoice xəbər verir ki, 21 oktyabr 2025-ci il tarixində keçirilən görüşdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi, ölkədə keyfiyyət infrastrukturunun inkişafı və ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində birgə təşəbbüslər müzakirə olunub.

Agentliyin sədri Elnur Bağırov görüşdə qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək, rəqabət, dövlət satınalmaları, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində həyata keçirilən tənzimləmə mexanizmlərindən danışıb.

Eyni zamanda, Türkiyə Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu və TÜBİTAK UME ilə mövcud əməkdaşlıq əlaqələri, birgə layihələr və qarşılıqlı təcrübə mübadiləsi barədə məlumat verilib. Dövlət-özəl tərəfdaşlığının milli iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığı vurğulanıb, sahibkarlıq subyektləri ilə açıq dialoqun zəruriliyi qeyd olunub.

Görüş zamanı Rəqabət Məcəlləsinin tətbiqi və onun sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edən müasir hüquqi mexanizmləri barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, Agentlik nümayəndələri qardaş Türkiyədə rəqabət pozuntusu halları üzrə araşdırma metodları və işlərin aparılması ilə bağlı təcrübə mübadiləsində fəal iştirak ediblər.

Həmçinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, milli texniki reqlamentlərin qəbul prosesi və qeyri-qida mallarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məlumat verilib ki, texniki reqlament layihələri artıq ictimai müzakirəyə təqdim olunub.

Tədbirdə, Azərbaycan Metrologiya İnstitutunda TÜBİTAK UME-nin dəstəyi ilə qurulan və müasir avadanlıqlarla təchiz edilən laboratoriya şəbəkəsinin fəaliyyətindən bəhs edilib. Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) beynəlxalq tələblərə uyğun şəkildə təkmilləşdirilməsi nəticəsində qurumun Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (ILAC)-a tamhüquqlu üzv qəbul olunduğu bildirilib.

Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və maarifləndirmə tədbirlərinin birgə təşkili istiqamətində təşəbbüslər müzakirə olunub.

Məqalədə: #Türkiyə #Azərbaycan #Türkiyə Ticarət Nazirliyi #Bakı #Ankara #TÜBİTAK #Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.