9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik. Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.

18 Dekabr 2025 00:12
Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

BAKI, AzerVoice, Orxan Qədirzadə

Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik.

AzerVoice AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.

TÜİB rəhbəri dekabrın 22-23-də Bakıda keçiriləcək II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova və Türkiyənin ticarət naziri Ömər Bolata minnətdarlığını bildirib.

H.Böyükfırat 2023-cü ilin dekabrında keçirilən və 600-dən çox sahibkarı bir araya gətirən I Azərbaycan-Türkiyə İnvestisiya Forumunun uğurla keçirilməsini xatırladıb.

TÜİB İdarə Heyətinin sədri Türkiyə ilə Azərbaycan arasında ticarət statistikasına diqqət çəkərək, bu ilin ilk üç rübündə ticarət dövriyyəsinin 7 milyard dolları keçdiyini qeyd edib. “Bu göstəricini artırmaq üçün bütün əsas türk şirkətlərinin, investorlarının və holdinqlərinin diqqətini Azərbaycana cəlb etmək vacibdir”, - deyə o bildirib.

Azərbaycanı “regionun parlaq ulduzu” və “Orta Dəhlizin ən vacib halqası” adlandıran H.Büyükfırat bildirib ki, dəhlizin əhəmiyyəti regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üzrə səylərin fonunda artmaqdadır.

Onun sözlərinə görə, TÜİB Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə Türkiyədən və digər ölkələrdən respublikaya mümkün qədər çox investor cəlb etməyə çalışır.

II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun mövzusuna qayıdan H.Büyükfırat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal imkanlarının genişləndirilməsinə dair təşəbbüslərin planlaşdırılan müzakirəsindən danışıb. Qeyd edib ki, bu da minlərlə yeni iş yeri yaratmağa imkan verəcək.

Məqalədə: #Ömər Bolat #Türkiyənin Ticarət Nazirliyi #İqtisadiyyat Nazirliyi #Mikayıl Cabbarov #Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər #Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi #TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat #II Azərbaycan-Türkiyə İnvestisiya Forumu #I Azərbaycan-Türkiyə İnvestisiya Forumu #Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO)

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.