7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib

SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.

22 Yanvar 2026 15:41
İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib.

AzerVoice Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.

Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulovun sədrliliyi ilə keçirilən açılış sessiyasında BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katiblərinin videoformatda salamlama çıxışları səsləndirilib.

Forumda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnaq Abdullayev təmsil edib. Nazir müavini çıxışında SPECA İqtisadi Forumunun regionda sülh və etimada əsaslanan iqtisadi əməkdaşlığın, dayanıqlı inkişafın və qarşılıqlı əlaqəliliyin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də rəqəmsallaşma istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Qeyd edilib ki, süni intellektin iqtisadiyyatda tətbiqi üzrə yol xəritəsi hazırlanır, beynəlxalq yükdaşımalar üçün Rəqəmsal Logistika Platforması artıq istifadəyə verilib.

Nazir müavini Azərbaycanın SPECA çərçivəsində, o cümlədən Orta Dəhliz və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsinə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə töhfə verdiyini diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə SPECA-ya üzv olan digər dövlətlərin hökumət nümayəndələri - Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda, Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirinin müavini Asan Darbayev, Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Mederbek Tumanov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakov, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev iştirak ediblər.

Qeyd edək ki, 21–22 yanvar 2026-cı il tarixlərində Forum çərçivəsində Transxəzər regionunda və ondan kənarda enerji əlaqəliliyi, Avropa-Asiya nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və rəqəmsal ticarət-iqtisadi dəhlizlərin inkişafı mövzularında panel sessiyalar təşkil olunub.

Məqalədə: #Azərbaycan #Özbəkistan #Qırğızıstan #BMT #Aşqabad #Türkmənistan #SPECA #İqtisadiyyat Nazirliyi #Elnur Abdullayev #Tacikistan #Orta Dəhliz #UNESCAP #UNECE #Mammetqulı Astanaqulov #Rövnaq Abdullayev #Asan Darbayev #Abdurahmon Abdurahmonzoda #Mederbek Tumanov #Xurram Teşabayev #Babaniyaz Yalakov

Mövzu üzrə digər xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

18:21
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.