9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Yanvar-noyabr aylarında Rusiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

20 Dekabr 2023 09:30
Yanvar-noyabr aylarında Rusiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. AzerPress:

2023-cü ilin yanvar-noyabr aylarında Rusiya Federasiyasından Türkiyə limanlarına 88 milyon 928 min 15 ton yük daşınıb.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 4 milyon 709 min 394 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 74 milyon 816 min 448 ton yük çatdırıb.

Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 9 milyon 402 min 173 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Rusiyadan 4 milyon 513 min 866 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyə limanları 29 milyon 7 min 840 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 421 min 748 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 26 milyon 586 min 92 ton olub.

Bununla yanaşı, 2023-cü ilin noyabr ayında Türkiyə limanlarından 4 milyon 499 min 80 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 355 milyon 321 min 803 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 473 min 938 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 328 milyon 847 min 865 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 61 milyon 495 min 202 ton transit yük daşınıb.

Qeyd edək ki ,bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub”, - deyə nazirlikdən bildirilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Rusiya #Türkiyə limanları #ÖZƏL

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.