9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

12 fevral 2026-cı il tarixində Bakı Fond Birjası Yelo Bank-da baş tutan "Yelo İnvestisiya Paneli" ndə iştirak edib. Tədbirin əsas məqsədi Yelo Bank əməkdaşlarının kapital bazarları ilə bağlı biliklərini artırmaq və onları yeni maliyyə alətləri tanış etmək olub.

16 Fevral 2026 18:37
Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

12 fevral 2026-cı il tarixində Bakı Fond Birjası Yelo Bank-da baş tutan "Yelo İnvestisiya Paneli" ndə iştirak edib. Tədbirin əsas məqsədi Yelo Bank əməkdaşlarının kapital bazarları ilə bağlı biliklərini artırmaq və onları yeni maliyyə alətləri tanış etmək olub.

AzerVoice Bakı Fond Birjasına istinadən xəbər verir ki, tədbirdə Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov və Ticarət və Dəstək üzrə inzibatçı Nigar Ağahüseynova ölkədə mövcud olan investisiya mühiti, yerli kapital bazarlarında ticarət və s. haqqında ətraflı məlumat veriblər. İnvestisiya alətlərinin çeşidləri və gəlir gətirən imkanlar barədə isə "Unicapital"ın direktoru Tofiq Həsənov çıxış edərək, iştirakçılara hansı vasitələrlə qazanc əldə etməyin yollarını izah edib.

Nəzəriyyəni real təcrübə ilə birləşdirən "SOCAR Capital"ın Baş investisiya direktoru Tolqa Kotan, illərin praktiki addımlarına əsaslanan çıxışı ilə investisiya yolunda qarşıya çıxan çağırışlardan və uğurlu strategiyalardan bəhs edib.

Təqdimatlardan sonra tədbir panel müzakirəsi ilə davam edib. Spikerlər Fərhad Mansurov (Bakı Fond Birjası), Tolga Kotan (SOCAR Capital) və Tofiq Həsənov (Unicapital) bir araya gələrək öz təcrübələrindən danışıb, sonda isə investisiyaya başlamaq istəyənlərin aktual suallarını canlı şəkildə cavablandırıblar.

Bakı Fond Birjası kapital bazarları ilə bağlı maliyyə savadlılığını artırmaq üçün bu növ maarifləndirici tədbirləri davam etdirəcək.

Məqalədə: #Bakı Fond Birjası #Yelo Bank #Yelo İnvestisiya Paneli #Bakı Fond Birjasının Listinq bölməsi #Fərhad Mansurov #Nigar Ağahüseynova #SOCAR Capital #Unicapital

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.