7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib

Özbəkistanın paytaxt Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu başlayıb. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəhbər şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı dövlət qurumları və iş adamlarından ibarət nümayəndə heyəti təmsil edir.

23 Mart 2026 21:03
Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib

BAKI, VOA, Orxan Qədirzadə

Azərbaycan nümayəndə heyəti Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumunda iştirak edib

VOA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, forumda aqrar sahənin aktual mövzuları müzakirə olunub.

Özbəkistanın paytaxt Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu başlayıb. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəhbər şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı dövlət qurumları və iş adamlarından ibarət nümayəndə heyəti təmsil edir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan İtaliya və Mərkəzi Asiya ölkələri ilə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir. Nazir aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir: “Azərbaycan hökuməti iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş innovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə, yaşıl enerji zonaları elan edilmiş Azərbaycanın işğaldan azad edilmiş əraziləri "ağıllı şəhərlər" və "ağıllı kəndlər" konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkil edir”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və mövcud nəqliyyat infrastrukturu, azad iqtisadi zonalar və əlverişli investisiya mühitindən istifadə edilməklə aqrar sahədə əlaqələr daha da inkişaf etdirilə bilər. Forumda çıxış edən natiqlər Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyin qorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid üçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı, torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüziv aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların tətbiqinin genişləndirilməsi, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi, kənd təsərrüfatına dayanıqlı investisiya barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələr aparıblar.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verən B2B görüşlər keçirilib. Tədbir davamlı işgüzar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqinə yönəlib.

Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib
Məqalədə: #Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən İtaliya-Mərkəzi Asiya aqrobiznes forumuna qatılıb. #Nazir Məcnun Məmmədov Daşkənddə Azərbaycanın ağıllı kənd layihələrini təqdim edib. #Daşkənddə aqrar sahədə rəqəmsallaşma və innovasiyalar üzrə beynəlxalq əməkdaşlıq müzakirə olunub. #Azərbaycan hökuməti iqlimə uyğun kənd təsərrüfatına investisiyaların həcmini artırıb. #Daşkənd forumu çərçivəsində azərbaycanlı iş adamları italyan tərəfdaşları ilə B2B görüşlər keçirib.

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

07:20

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.