8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Yaponiya arasında yeni biznes və mədəniyyət platforması formalaşır

Azərbaycan və Yaponiya arasında biznes, investisiya və mədəni əməkdaşlığın genişləndirilməsi məqsədilə Qubada yeni platforma yaradılır. “Azərbaycan Françayzinq Assosiasiyası” və “Quba İş Adamlarına Dəstək – QIAD” platformasının təşkil etdiyi tədbirdə Azərbaycan sahibkarları ilə Yaponiyanın Şinzekai qrupu arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Görüş çərçivəsində investisiya layihələri, yeni biznes tərəfdaşlıqları və iqtisadi əlaqələrin inkişafı üzrə networking sessiyaları təşkil ediləcək.

7 May 2026 17:45
Azərbaycan və Yaponiya arasında yeni biznes və mədəniyyət platforması formalaşır

BAKI,VOA

Azərbaycan və Yaponiya arasında biznes, investisiya və mədəni əlaqələrin inkişafına yönəlmiş yeni platforma yaradılır. Qubada keçiriləcək xüsusi tədbirdə hər iki ölkənin sahibkarları, investorları və biznes nümayəndələri bir araya gələcək.

VOA xəbər verir ki, “Azərbaycan Françayzinq Assosiasiyası” və “Quba İş Adamlarına Dəstək – QIAD” platformasının birgə təşkilatçılığı ilə baş tutacaq görüşdə Azərbaycan sahibkarları və Yaponiyanın Şinzekai qrupu arasında yeni əməkdaşlıq imkanları müzakirə olunacaq.

Tədbir çərçivəsində Azərbaycan–Yaponiya biznes münasibətlərinin genişləndirilməsi, investisiya imkanlarının təşviqi, yeni tərəfdaşlıqların qurulması və mədəniyyətlərarası inteqrasiyanın gücləndirilməsi məqsədilə networking sessiyaları keçiriləcək.

Görüş proqramında həmçinin “Miss SAKE Azerbaijan 2026” seçim mərasimi də yer alacaq. Təşkilatçılar bildirirlər ki, tədbir beynəlxalq əməkdaşlığa açıq olan sahibkarlar və investorlar üçün yeni perspektivlər formalaşdıracaq mühüm platformalardan biri olacaq.

Tədbir 11 may 2026-cı il tarixində saat 10:00-da Şahdağ Truskavets Hotel məkanında keçiriləcək.

Qeydiyyat üçün: https://forms.gle/C5QdNebzxoFU1TCA6

Məqalədə: #QİAD #AzərbaycanYaponiya #QubaForum #BiznesƏməkdaşlığı #Yaponiyaİnvestisiya #MissSAKEAzerbaijan #Şinzekai #SahibkarlarForumu

Mövzu üzrə digər xəbərlər

Qubada aqronomluq fakültəsinin açılması regionun aqrar inkişafı üçün strateji qərardır - QİAD sədri
Cəmiyyət

Qubada aqronomluq fakültəsinin açılması regionun aqrar inkişafı üçün strateji qərardır - QİAD sədri

8 İyul 14:27
REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı
Cəmiyyət

REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı

22 May 20:31
Qubada Yaponiya investorları ilə işgüzar görüş keçirilib
İqtisadiyyat

Qubada Yaponiya investorları ilə işgüzar görüş keçirilib

15 May 09:57
Bakıda qubalı iş adamları və ziyalılarının görüşü keçirilib
Cəmiyyət

Bakıda qubalı iş adamları və ziyalılarının görüşü keçirilib

15 Mart 15:30

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.