13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanın Türkiyə və Tacikistanla aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

"Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb. Görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı müzakirə olunub."

13 May 2026 18:19
Azərbaycanın Türkiyə və Tacikistanla aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

BAKI,VOA

Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb.

VOA xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Tacikistan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.

Nazir müavini Elçin Zeynalov bildirib ki, iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. Qeyd olunub ki, iki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində Elçin Zeynalov Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Bağcı ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta, üzümçülük sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Azərbaycanın Türkiyə və Tacikistanla aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycanın Türkiyə və Tacikistanla aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Məqalədə: #Türkiyə #Azərbaycan #Tacikistan #kənd təsərrüfatı #beynəlxalq ticarət #Rəqəmsallaşma #Aqrar əməkdaşlıq #Elçin Zeynalov #Aqrar texnologiyalar #Üzümçülük

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.