5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının nümayəndələri arasında keçirilən görüşdə dövlət-özəl tərəfdaşlığının aqrar sahədə rolu müzakirə olunub. Nazir Məmmədov qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliyində kənd təsərrüfatının əhəmiyyətini, Musayev isə aqrar sahənin iqtisadi və sosial töhfəsini vurğulayıb. ATM direktoru və ASİ layihəsinin rəhbəri innovativ həllərin tətbiqi və rəqəmsal idarəetmənin fermer rifahı, məhsuldarlıq və resurslardan səmərəli istifadə baxımından əhəmiyyətini açıqlayıblar.

21 May 2026 19:13
Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

BAKI,VOA

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Konfederasiyasının təşəbbüsü ilə baş tutan görüşdə hər iki qurumun müvafiq bölmələrinin rəhbər şəxsləri, aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

VOA xəbər verir ki, nazir Məcnun Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar xidmətlərin elektronlaşdırılması barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, Azərbaycanda aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması baxımından dövlət-özəl tərəfdaşlığı mühüm əhəmiyyət daşıyır. Aqrar sektorda dövlət dəstəyi ilə özəl sektorun investisiya, innovasiya və idarəetmə imkanlarının birləşdirilməsi kənd təsərrüfatında yeni inkişaf mərhələsinin formalaşmasına şərait yaradır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev aqrar sahənin ölkə iqtisadiyyatında önəmli sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, aqrar sektorun davamlı inkişafı regionların iqtisadi potensialının güclənməsinə, məşğulluğun təmin olunmasına, əhalinin gəlirlərinin artmasına və ölkənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Rəşad Hüseynov tərəfindən “Kənd təsərrüfatı: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda təqdimat edib. ATM direktoru təqdimatda kənd təsərrüfatının əsas makro-iqtisadi göstəriciləri, aqrar sektorda əsas çağırışlar, kənd təsərrüfatının transformasiyası və investisiya bölgüsü, bu sahənin prioritet inkişaf istiqamətlərinə toxunub.

“Aqrar Süni İntellekt” (ASİ) layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə məlumat verib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən layihə aqrar sahədə data əsaslı idarəetmə və innovativ rəqəmsal həllərin tətbiqinin genişləndirilməsini nəzərdə tutur. ASİ layihəsi fermerlərin rifahının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadənin təmin edilməsini hədəfləyir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı qurum tərəfindən aqrar sahədə aparılmış monitorinqlər nəticəsi ilə bağlı təqdimatla çıxış edib, sahibkarlar tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb.

Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatında subsidiya və güzəşt mexanizmləri, aqrar sığorta mexanizminin tətbiqi, müasir texnologiyaların tətbiqi, ağıllı suvarma sistemləri, logistika və saxlama infrastrukturunun qurulması, kənd təsərrüfatının modernləşdirilməsi, emal sənayesinin inkişafı, qida zəncirinin qurulması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması, resurslardan səmərəli istifadə, məhsul itkilərinin azalması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, iqtisadi səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması, fermerlərin maarifləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı, bu sahədə kadr hazırlığı və digər məsələlərə toxunublar.

Təqdimatlardan sonra sahibkarların irəli sürdüyü təkliflər müzakirə olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoqların genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
Məqalədə: #Kənd Təsərrüfatı Nazirliyi #Məcnun Məmmədov #ərzaq təhlükəsizliyi #aqrar sektor #dövlət-özəl əməkdaşlıq #Azərbaycan kənd təsərrüfatı #sahibkarlar konfrans #rəqəmsal idarəetmə #Məmməd Musayev #subsidiya və güzəştlər #Aqrar Süni İntellekt #logistika və saxlama infrastrukturu #əmək bazarı və məşğulluq

Mövzu üzrə digər xəbərlər

Yəməndə ərzaq böhranı dərinləşir
Yəmən

Yəməndə ərzaq böhranı dərinləşir

3 Sentyabr 12:55
2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov
İqtisadiyyat

2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

1 Sentyabr 12:48
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
İqtisadiyyat

Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

27 İyul 18:29
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
İqtisadiyyat

Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

27 İyul 18:11

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.